Suriyada rusiyalı hərbçi ölüb

Suriyada rusiyalı hərbçi ölüb
  09 Sentyabr 2021    Oxunub:1425
Suriyada zirehli avtomobilin partlaması nəticəsində bir rusiyalı hərbçi həlak olub, üç nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Homs əyalətində, humanitar yardımla dolu karvan yolunda baş verib.
Avtomobildə olan rus hərbçi göstərilən tibbi yardımlara baxmayaraq aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

"Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə bütün lazımi kömək və dəstəyi göstərəcək", - məlumatda deyilir.

Azvision.az



Teqlər: Rusiya   Suriya  



Xəbər lenti