ABŞ əfqan qaçqınların qəbulunu dayandırdı - Bu xəstəliyə görə

   ABŞ əfqan qaçqınların qəbulunu dayandırdı -    Bu xəstəliyə görə
  10 Sentyabr 2021    Oxunub:1792
"Əfqanıstan köçkünləri arasında qızılcaya 4 yoluxma halı müşahidə edilib. Buna görə də ABŞ əfqan qaçqınlarının qəbulunu dayandırıb".
Bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib. Onun sözərinə görə, uçuşlar müvəqqəti dayandırılıb.

Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ -a gəldikdən sonra qızılca diaqnozu qoyulan əfqanlar karantinə alınır və həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, ABŞ üçüncü ölkələrdəki keçid düşərgələrində aparılan yoxlamalardan sonra minlərlə əfqan qaçqını qəbul edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti