Çində koronavirusun yeni ocağı aşkarlanıb

Çində koronavirusun yeni ocağı aşkarlanıb
  12 Sentyabr 2021    Oxunub:1834
Çinin Fuzyan əyalətində koronavirusun yeni növünə 6 yoluxma halı və 18 asimptomatik daşıyıcı aşkarlanıb. Bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Koronavirusun yeni yayılma ocağı Putyan şəhərinin Syanyu əyalətində qeydə alınıb. İlkin məlumatlara görə, bu, koronavirusun çox sürətlə yayılan "delta" ştammıdır.

Bildirilir ki, ilk yoluxma aşkarlandıqdan sonra səlahiyyətlilər yerli sakinlərdən 81 938 nümunə götürüblər.

ÜST-ün məlumatlarına görə, dünyada 223 milyondan çox virusa yoluxmuş xəstə var. Con Hopkins Universiteti isə bu statistikanın 224 milyona çatdığını qeyd edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Çin  



Xəbər lenti