Fransada minlərlə insan quş ovu qadağasına etiraz edir
Aksiya Milli Ovçular Federasiyası tərəfindən təşkil olunub.
Polisin məlumatına görə, Amenidə 12 min, Redonda doqquz min, Mon-de-Marsanda 13 min adam aksiyaya qatılıb. Prezidentliyə namizəd, O-de-Frans bölgəsi şurasının rəhbəri Ksave Bertran da aksiyada iştirak edib.
Avqust ayında Fransa Dövlət Şurası quş ovçuluğunun bir neçə ənənəvi üsulunu qanunsuz elan edib. Bəzi quş növlərini ovlamaq üçün torlardan, tələlərdən və qəfəslərdən istifadə qadağan edilib. Dövlət Şurası 30 noyabr 2009-cu il tarixli quşların növləri fərqləndirilmədən kütləvi şəkildə ovlanmasını qadağan edən Avropa quş direktivinə istinad etdi.
Pərvanə Sultanova
Azvision.az