Füzulidə daha bir erməni hərbçinin cəsədi aşkarlanıb

Füzulidə daha bir erməni hərbçinin cəsədi aşkarlanıb
  30 Sentyabr 2021    Oxunub:839
Bu gün Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus daha bir hərbçinin qalıqları aşkarlanıb. Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
- Müharibə zamanı ölən hərbçilərin cəsədlərinin axtarışı davam edir. Bu gün Füzuli bölgəsində xilasetmə qrupu tərəfindən aparılan axtarışlar zamanı daha bir cəsəd qalıqları aşkarlanıb. Onun kimliyi məhkəmə -tibbi ekspertizadan sonra təsdiqlənəcək.

Xatırladaq ki, müharibədən sonra Azərbaycan ərazilərində aparılan axtarışlar nəticəsində ümumilikdə 1678 cəsəd tapılaraq evakuasiya edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Cəsəd   Füquli   Erməni-Hərbçi  





Xəbər lenti