Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb
Alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu deyən G.Baxşəliyeva, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söyləyib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan G.Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəldiyini qeyd edib.
Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Azvision.az
Teqlər: Aida-İmanquliyeva