Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb
İlk dəfə olaraq eyni anda üç birgə təlim keçirilir: “Eşalon”, “Axtarış” və “Qarşılıqlı əlaqə”. Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, bu, Əfqanıstanda mürəkkəbləşməyə meylli olan çətin vəziyyətə reaksiyadır.
Oktyabrın 23-dək davam edəcək təlimlərdə KTMT-yə üzv ölkələrin - Ermənistanın, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbçiləri iştirak edir.
Pərvanə Sultanova
AzVision.az