Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib
Lordlar Palatasının üzvü Con Kilkluni də özünün şəxsi tviter hesabında etdiyi paylaşımda müstəqilliyin bərpası münasibəti ilə Azərbaycanı təbrik edərək, dövlətimizin başçısına, eləcə də bütün Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
Lordlar Palatasının daha bir üzvü Lord Şeyx isə Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanova ildönümü ilə bağlı yazdığı məktubun mətnini özünün tviter hesabında paylaşaraq Azərbaycan xalqını təbrik edib. O, Azərbaycanın müstəqil bir ölkə kimi keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu əlavə edib.
AzVision.az
Teqlər: Britaniya Azərbaycan