Ermənilər Qarabağda müəllimsiz qalıb

   Ermənilər Qarabağda    müəllimsiz    qalıb
  21 Oktyabr 2021    Oxunub:1276
44 günlük Vətən müharibəsindən sonra müvəqqəti olaraq sülhməramlıların nəzarət etdiyi Qarabağın ermənilər yaşayan hissəsində təhsillə bağlı ciddi problemlər yaşanır. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, çətinlik ən çox müəllimlərin yoxa çıxması ilə bağlıdır.

- 44 günlük müharibədən sonra Qarabağda onlarla məktəb bağlandı və kəskin şəkildə müəllim çatışmazlığı yarandı. Bu məqsədlə burada hətta məktəbəqədər və ümumi təhsil müəssisələrində vakant yerlərə müsabiqə elan edildi. Təqdim olunan sənədlər göstərir ki, ciddi problemlər var. Məsələn, Xocavənd rayonundakı 7 məktəbdə bir sıra fənlər üzrə müəllim çatışmır.

İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
Ağdərədə isə 15 məktəbə həm təbiət, həm də humanitar fənlər üzrə müəllimlər lazımdır. Digər bölgələrdə olduğu kimi Xankəndinin 4 məktəbində də ixtisaslaşmış müəllimlərə ehtiyac var.

Qeyd edək ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində qanunsuz məskunlaşmalar apardığı üçün müharibədən sonra əksər gəlmə ermənilər bölgədən qaçdı.

Məsələn, bu yaxınlarda İrəvanda hökumət binası önündə aksiya keçirən "Qarabağ qaçqınları"ndan biri əvvəllər Hadrutda kənd-təsərrüfatı mütəxəssisi kimi çalışdığını və indi işsiz qaldığını söyləmişdi. Hazırda işğaldan azad olunan Azərbaycan torpaqlarında yaşayan yerli ermənilər nəinki təhsil, digər sahələrdə də kadr çatışmazlığı ilə üz-üzə qalıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Müəllim   Erməni  





Xəbər lenti