Əfqanıstanda növbəti terror aktı törədilib

Əfqanıstanda növbəti terror aktı törədilib
  21 Oktyabr 2021    Oxunub:882
Əfqanıstanın paytaxtı Kabildə növbəti terror aktı törədilib.
AzVision.az xəbər verir ki, “Taliban” əsgərləri avtomobillə hərəkət edərkən şəhərin mərkəzində silahlı hücuma məruz qalıblar. Nəticədə 1 əsgər ölüb, 7-si isə yaralanıb.

Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Hücum edənlər hadisə yerindən uzaqlaşıblar. Onların axtarışları davam edir.

Qeyd edək ki, cari ayda Əfqanıstanda ağır nəticələrə səbəb olan üç terror aktı baş verib. İki məscidin partladılması nəticəsində 100-ə yaxın insan həlak olub.

AzVision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti