Ehtiyatda olan hərbçilərin toplanışı başlayıb

   Ehtiyatda olan hərbçilərin toplanışı başlayıb
  25 Oktyabr 2021    Oxunub:1216
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb. Bu barədə AzVision.az -a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. ""Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir", - Dövlət Xidmətindən bildirilib.

AzVision.az


Teqlər: Hərbçi  





Xəbər lenti