Ərdoğan İtaliya və Britaniyaya səfər edəcək

   Ərdoğan İtaliya və Britaniyaya səfər edəcək
  29 Oktyabr 2021    Oxunub:1161
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya və Böyük Britaniyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, 30-31 oktyabr tarixlərində İtaliyaya səfəri zamanı Türkiyə Prezidenti "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcək. 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.

AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti