Meksikada tanınmış jurnalist qətlə yetirilib

Meksikada tanınmış jurnalist qətlə yetirilib
  29 Oktyabr 2021    Oxunub:754
Meksikanın cənubunda naməlum şəxs tanınmış jurnalist Fredi Lopes Arevalonu evinə qayıdarkən güllələyib.
AzVision.az xəbər verir ki, bu barədə yerli “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

62 yaşlı jurnalist avtomobilin baqajından əşyaları götürən zaman cinayətkar onu odlu silahla ölümcül yaralayıb, sonra isə motosikletlə hadisə yerini tərk edib.

Fredi Lopes Arevalo müxtəlif xarici informasiya agentliklərinin müxbiri işləyib, yerli “Novedades de Mexico”, “Prensa Libre de Guatemala” və “Notimex” nəşrlərində baş redaktor vəzifəsində çalışıb.

O, Çyapas ştatında baş verən hadisələr haqqında oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandıran regional "Maya Press" agentliyiniin təsisçisi olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Meksika   Jurnalist   Qətl  



Xəbər lenti