Ermənistanda virusa yoluxanların sayı 302 mini ötüb

Ermənistanda virusa yoluxanların sayı 302 mini ötüb
  29 Oktyabr 2021    Oxunub:560
Ermənistanda son sutka ərzində daha 2 096 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 304 546 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 43 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6 232-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1288 nəfərdir. Aktiv xəstələrin sayı 31 090 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti