İcbari tibbi sığorta çərçivəsində bu şəxslərə tibbi xidmətlər pulsuz olacaq

İcbari tibbi sığorta çərçivəsində bu şəxslərə tibbi xidmətlər pulsuz olacaq
  29 Oktyabr 2021    Oxunub:1490
“Pensiyaçılar, əlillər, hamilə qadınlar və digər həssas qruplara daxil olan insanlarla bağlı Prezident İlham Əliyevin sərəncamı var”.
AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, bu xidmətlər pullu olandan sonra bu insanlar yenə də bu xidmətlərdən pulsuz istifadə etməlidir: “Ancaq bu, qanunda bu nəzərdə tutulmayıb. Bu suala cavabı Əhliman müəllimdə varsa, versin. Olmasa, TƏBİB bu suala aydınlıq gətirsin”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, əlillər, tələbələr, pensiyaçılar, hamilə qadınların gələcəkdə hansısa vəsait ödəməsi nəzərdə tutulmur: “Bu gün bunlar dövlət qayğısı ilə əhatə olunub. Musa müəllim sizin suala cavabı birbaşa TƏBİB sədrindən almışam”.

Komitə sədri Prezidentin sərəncamı ilə icbari tibbi sığorta xidmətlərindən pulsuz yararlanan şəxslərin (pensiya alanlar, şəhid ailələri, hamilələr, uşaqlar, tələbələr və s.) Xidmətlər zərfinə aid olan 1500 pullu xidmətdən istifadə qaydalarına da aydınlıq gətirib: "Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunub. Əminliklə bildirilib ki, dövlət büdcəsindən sığortası qarşılanan şəxslərin müalicələri bundan sonra da pulsuz olaraq davam edəcək".

AzVision.az


Teqlər: TƏBİB  



Xəbər lenti