Şirkətlər və sahibkarlar tələbə təqaüdü təsis edə biləcək
Layihəyə əsasən, ali təhsil müəssisəsində əyani təhsilalma formasında təhsil alan tələbələrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi təqaüdün verilməsi qaydalarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər təyin ediləcək və ödəniləcək. Təqaüd tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə verilən pul vəsaitidir.
Aşağıdakı təqaüd növləri təsis edilir:
- tələbələr üçün təhsil təqaüdü;
- adlı təqaüd;
- fərdi təqaüd;
- hüquqi və ya fiziki şəxslər tərəfindən təyin olunmuş təqaüdlər.
AzVision.az
Teqlər: Tələbə