Türkiyədə sənətin, mədəniyyətin nəbzinin döyündüyü bu məkanın yenidən qonaqlara qapılarını açdığı əlamətdar bayrama Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də bir sıra dövlətlərin rəsmiləri qatılıb.
Açılış tədbirində ölkə başçısı R.T.Ərdoğan çıxış edərək, Qardaş Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.
Sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qonaqları salamlamaqdan məmnunluğunu ifadə edərək, qədim tarixi köklərə malik Türkiyə dövlətinin zəngin mədəniyyətindən söz açıb.
Tədbir "Sinan" operasının nümayişi ilə davam edib.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


