Çində sentyabrdan bəri virusa rekord yoluxma qeydə alınıb

Çində sentyabrdan bəri virusa rekord yoluxma qeydə alınıb
  30 Oktyabr 2021    Oxunub:1030
Çində son sutka ərzində koronavirusa 59 yeni yoluxma qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, 16 sentyabr tarixindən bəri infeksiyanın ən yüksək göstəricisidir. Virusa yoluxma ölkənin şimal və şimal-şərq bölgələrində aşkar edilib.

Bir gün əvvəl 48 fakt müəyyən edilmişdi. Bundan əvvəl Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi ölkədə koronavirus infeksiyasına qarşı 2,23 milyard peyvənd vurulduğunu açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Çin   Virus  



Xəbər lenti