"Rusiyanın enerji qiymətlərində manipulyasiyasına dair dəlil yoxdur" - Makron
“Məndə qiymətlərin manipulyasiyasına dair heç bir sübut yoxdur və heç kimi günahlandırmıram”, – Makron vurğulayıb.
Prezidentin sözlərinə görə, çətin ki, enerji resurslarının maya dəyərini azaltmaq mümkün olsun, lakin ölkələr tədarükün pozulmasına və qiymətlərin daha da artmasına yol verməməlidir. Makron əlavə edib ki, "G20" ölkələri qışda tədarükdə fasilələrin qarşısını almaq üçün enerji istehsalçıları və istehlakçılarının hərəkətlərini əlaqələndirməlidirlər.
Avropa İttifaqı ölkələrində qazın qiyməti son aylarda kəskin artıb. Hazırda qiymət 1000 kubmetr üçün 1000 dollardan bir qədər yuxarıdadır. Digər enerji mənbələri də bahalaşır. Bütün bunlar Aİ sakinləri üçün elektrik enerjisinin qiymətini artırır.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


