Türk konsulu öldürən ASALA üzvü azad edilib, hazırda Ermənistandadır
Sasunyan "Facebook" paylaşımlnda artıq Ermənistana gəldiyini yazıb.
Xatırladaq ki, o, 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyrutda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında terrorçu Krikor Saliba ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq, qətli pisləyib.
Erməni terrorçu 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi. İstintaqdan yayına bilən K.Salibanın isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi Sasunyanın əfv edilməsi ilə bağlı müraciətini təmin etməyib. 2016-cı ildə onun azad olunması qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. Qubernator bu qərarı ABŞ dövlət katibi Reks Tillersonun və baş prokuror Ceff Seşşonun məktubları ilə əsaslanıdırıb.
2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib.
24 fevral 2021-ci ildə Los - Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Qubernator bildirib ki, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


