"Bu günə qədər Qarabağda 5917 hektar ərazi minalardan təmizlənib" - ANAMA

   "Bu günə qədər Qarabağda 5917 hektar ərazi minalardan təmizlənib" -    ANAMA
  30 Oktyabr 2021    Oxunub:1189
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə 2020-ci il 10 noyabr tarixindən 28 oktyabr tarixinədək 5 917 ha ərazi təmizlənib, 26 931 ədəd mina və PHS aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti