Rusiyada virusdan daha 1160 nəfər öldü

Rusiyada virusdan daha 1160 nəfər öldü
  30 Oktyabr 2021    Oxunub:1083
Rusiyada son sutka ərzində daha 40 251 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 432 546 nəfərə çatıb.

Ötən gün Rusiyada 1 160 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 237 380 nəfərə çatıb. İndiyədək 7 331 424 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  



Xəbər lenti