Ötən gün 180 nəfər şənliyə buraxılmayıb

Ötən gün 180 nəfər şənliyə buraxılmayıb
  30 Oktyabr 2021    Oxunub:833
Oktyabrın 29-u Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, monitorinq 69 şadlıq sarayında, 16 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 180 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN   Toy  



Xəbər lenti