Gürcüstanda seçici fəallığı 49,09 % təşkil edib

Gürcüstanda seçici fəallığı 49,09 % təşkil edib
  30 Oktyabr 2021    Oxunub:694
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 % təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, Gürcüstan üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.

Tiflisdə isə seçicilərin fəallığı 47,7 % olub.

Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 %-ə bərabər olub.

AzVision.az



Teqlər: Gürcüstan   Seçki  



Xəbər lenti