"Vətən müharibəsində fərarilik edən olmayıb" - Baş prokurorun müavini

   "Vətən müharibəsində fərarilik edən olmayıb" -    Baş prokurorun müavini
  01 Noyabr 2021    Oxunub:918
"Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətkarlıqla ilə əlaqəli açılan cinayət işlərinin bir qismi Hərbi prokurorluqda aparılır".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, cinayət işlərinin bəziləri isə Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır:

"Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Hətta bizim bəzi hərbçilərin müharibə zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb. Onu da qeyd edim ki, Vətən müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu əslində millətin ruhundan xəbər verir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Vətən-müharibəsi  



Xəbər lenti