Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək
  02 Noyabr 2021    Oxunub:1012
Bu gündən başlayaraq noyabrın 5-dək qtisadiyyat naziri, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdə olacaq.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.

AzVision.az



Teqlər: Forum  



Xəbər lenti