ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir
Qeyd olunur ki, Olson ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin noyabrın 2-4-də İrəvanda keçiriləcək konfransında iştirak edəcək. Tədbirdə ABŞ-ın Azərbaycandakı, Ermənistandakı və Gürcüstandakı Li Lizenberger, Lin Treysi, Kelli Deqnan, eləcə də Qafqaz üzrə danışıqlarda baş məsləhətçi Endryu Şofer, USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski iştirak edəcəklər.
“Biz şadıq ki, Vaşinqtondan və regiondan olan həmkarlarımızla uzunmüddətli görüşlər ənənəsini bərpa edə, regionun hər üç ölkəsi ilə işin daha yaxşı əlaqələndirilməsinə imkan verəcək fikir, məlumat mübadiləsi apara bilirik”, - açıqlamada deyilir.
Konfrans iştirakçıları Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcəklər. ABŞ-ın Cənubi Qafqazdakı nümayəndəlik rəhbərlərinin əvvəlki konfransları Bakıda (2019) və Tbilisidə (2018) keçirilib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


