Şuşa haqqında məqalə Əlcəzair qəzetində
Strateji əhəmiyyətə malik olan qədim mədəniyyət paytaxtımızın Ermənistanın işğalından azad edilməsi 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsi olub. Prezident İlham Əliyevin prinsipial mövqeyini, böyük əzmini döyüş meydanında həyata keçirən Silahlı Qüvvələrimiz, həmçinin diplomatiya cəbhəsində uğurlarımız Qələbəni şərtləndirən əsas amillər olub. Azərbaycanın dövlət başçısı həmişə bəyan edirdi ki, ölkəmizin ərazi bütövlüyü, digər dövlətlərin olduğu kimi, əhəmiyyətlidir və heç vaxt torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək.
Məqalədə qeyd olunur ki, ermənilərin Şuşanı işğalı zamanı Azərbaycan xalqının mədəni irsinə böyük zərbə vurulub, tarixi abidələr dağıdılıb, məscidlər məhv edilib və təhqir olunub. Qələbədən sonra təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisi olan bu qədim şəhərdə, habelə işğaldan azad olunmuş digər yaşayış məntəqələrində tarixi abidələr, o cümlədən məscidlər bərpa edilir.
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və burada erməni vandalizminin qurbanı olmuş tarixi şəxsiyyətlərin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri bərpa edilib. R.Bağırov əlcəzairli oxuculara Şuşa qalasının tarixi haqqında da ətraflı məlumat verib.
AzVision.az
Teqlər: Şuşa







Vaxtında, Aydın, Lazımlı!


