Zəfər gününə həsr edilən kitab çapdan çıxıb
Təqdim edilən kitabda Şuşanın tarixi, işğala qədər olan dövrü və 2020-ci ildə azad olunması, ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı qaynaqlarla, arxiv sənədlərilə, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınaraq, oxucuların önünə çıxarılıb.
Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.
Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapıb. Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.







Vaxtında, Aydın, Lazımlı!


