"Rusiya altılıq platformasını dəstəkləyir" - XİN

   "Rusiya altılıq platformasını dəstəkləyir" -    XİN
  03 Noyabr 2021    Oxunub:1351
"Biz Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəkləyirik".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir”, - XİN rəsmisi vurğulayıb.

AzVision.az



Teqlər: Rusiya-XİN   Altılıq-platforması  



Xəbər lenti