Azərbaycanın üç şəhərə qrant veriləcək

Azərbaycanın üç şəhərə qrant veriləcək
  04 Noyabr 2021    Oxunub:1192
Noyabrın 12-də Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə "Mədəni İnkişaf Strategiyaları"nın hazırlanması üçün 30 min avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi keçiriləcək.
Bu barədə AzVision.az - a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. Müsabiqə Avropa Mədəniyyət paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara "Mədəni İnkişaf Strategiyaları"nı hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycanın 3 şəhəri - Şəki, Xırdalan, Lənkəran seçilib.

Seçilmiş şəhərlər "Mədəni İnkişaf Strategiyaları"nı hazırlamaq üçün 30 000 avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 000 min avroya qədər qrant alacaq.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir peter Mixalko, Mədəniyyət Nazirliyinin rəsmisi, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin icra başçıları, EU4Culture layihəsinin təmsilçiləri iştirak edəcəklər. Səfir Mixalko seçilmiş şəhərlərin rəhbərlərinə rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.

EU4Culture Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfinən dörd illik layihədir. Layihə mədəniyyətin regionda böyümə və sosial inkişaf üçün mühərrik olmasına töhfə vermək məqsədi daşıyır. EU4Culture layihəsi Goethe İnstitutu (rəhbər), Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri tərəfindən həyata keçirilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Avropa-İttifaqı   Qrant  



Xəbər lenti