"Çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın" - Hafiz Paşayev

 "Çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın" -    Hafiz Paşayev
  05 Noyabr 2021    Oxunub:1353
"Mən ABŞ-da səfir olmuşam, illərlə fəaliyyətimi ABŞ Konqresinin 907 saylı düzəlişinin aradan qaldırılması istiqamətində səylərə həsr etmişəm. Çünki işğala məruz qaldığımız halda sanksiya ilə üzləşmişdik. Bu ədalətsizliyə, bu suala 30 il sonra 44 günlük müharibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı cavab verdi”.
AzVision.az xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında universitetin rektoru Hafiz Paşayev deyib.

O bildirib ki, səfir olduğu dövrdə ulu öndər Heydər Əliyev hər dəfə ABŞ-a səfər edəndə əlində qovluqla Konqresdə və digər konfranslarda başa salmağa çalışırdı ki, Qarabağ haradadır və problemlərin səbəbi nədir: “Heydər Əliyev hər dəfə müəllim kimi izah verir, qarşılaşdığı suallara isə təəccüb edirdi. Hər dəfə suallar verilirdi ki, Azərbaycan niyə Qarabağdakı erməniləri blokadaya salıb, sülhə razı olmur. Bu, çox ağrılı məqamlar idi”.

H. Paşayev artıq bərpa və sülh üçün çalışmalı olduğumuzu vurğulayıb: “Biz çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın. Biz keçmişi, tarixi bilmədiyimiz üçün başımıza bəlalar gəlmişdi. Təəssüflə deməliyik ki, Qarabağa Sovet dövründə kifayət qədər diqqət yetirilməyib. Sovet dövründə AMEA-da çalışanda yadıma gəlmir ki, Qarabağla bağlı araşdırma aparaq, orada elmi ocaq yaradaq. Ona görə də tələbələrə də deyirəm ki, biz Zəfərə layiq olmalıyıq”.

AzVision.az



Teqlər: Hafiz-Paşayev   Zəfər-Günü  



Xəbər lenti