Ankara İrəvanla münasibətlərin normallaşmasına hazırdır - Çavuşoğlu

Ankara İrəvanla münasibətlərin normallaşmasına hazırdır -    Çavuşoğlu
  05 Noyabr 2021    Oxunub:845
"Türkiyə bir çox aktual məsələlər, o cümlədən Qarabağdakı vəziyyətlə bağlı Rusiya ilə fəal əlaqədədir".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, Ankara və Moskva qarşılıqlı olaraq milli maraqları nəzərə almaqla konstruktiv dialoq kursuna sadiqdirlər.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Cənubi Qafqazda dəyişiklik və transformasiyalara ümid yaranıb və Ankara İrəvanla münasibətlərin normallaşması prosesinə hazırdır.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Mövlud-Çavuşoğlu  



Xəbər lenti