Yük avtomobili velosipedçilərə çırpılıb, 6 nəfər ölüb

Yük avtomobili velosipedçilərə çırpılıb, 6 nəfər ölüb
  06 Noyabr 2021    Oxunub:920
Nigeriyanın cənubundakı Enuqu şəhərində neft məhsulları daşıyan avtomobil velosipedçi qrupa çırpılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb. Qeyd oluub ki, qəza nəticəsində azı 6 nəfər ölüb, daha üç nəfər yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, tankerin sürücüsü əyləc sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib və yol kənarında dayanan velosipedçi qrupa çırpılıb. Qəzada xəsarət yerli xəstəxanaya aparılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Nigeriya  



Xəbər lenti