"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək" - Akar

   "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək" -    Akar
  06 Noyabr 2021    Oxunub:583
"Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcək. Buna heç kimin şübhəsi olmasın".
AzVision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan səfirliyinin Ankarada təşkil keçirdiyi 8 noyabr - Zəfər günü ilə münasibətilə tədbirdə çıxışı zamanı deyib.

H.Akar bildirib ki, Türkiyə bunu bütün platformalarda, apardığı bütün danışıqlarda dəfələrlə bəyan edib və bunu yorulmadan anlatmağa davam edir.

Nazir xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bunun nəticəsində 1 milyon insan böyük əziyyətlər çəkib:

"Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bütün bunlar baş verən zaman ATƏT-in Minsk qrupu "bu problemlərin danışıqlar yolu ilə həll olunacağını" bəyan etdi. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız "bəsdir" deyərək 44 gündə böyük Qələbə qazanaraq öz torpaqlarını Ermənistanın işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir".

AzVision.az



Teqlər: Hulusi-Akar   Zəfər-Günü  



Xəbər lenti