Almaniyada bıçaqlı hücum olub, 3 nəfər yaralanıb
Hadisə Bavariyanın Yuxarı Pfals rayonunda baş verib. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. O, 27 yaşlı ərəb əsilli gəncdir.
Qəzetin yazdığına görə, hücum edən şəxs hadisə anında özünü qeyri-adekvat aparıb. Hazırda müstəntiqlər cinayətin terror motivini istisna edirlər.
Hücum edən şəxsin ortaqlarının ola biləcəyi barədə məlumatlar yoxlanılır.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


