"Qarabağa dair razılaşmalar ümumilikdə icra olunur" - Rusiya XİN
“Qarabağda münaqişə bölgəsində hərbi əməliyyatlara son qoyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalamasından bir il ötür. Bu addım qan tökülməsinə son qoymağa və bölgədə dinc həyatın bərqərar olması prosesinə başlamağa imkan verdi. Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir”, - XİN-in açıqlamasında deyilir.
AzVision.az
Teqlər: Rusiya-XİN Bəyanat







Vaxtında, Aydın, Lazımlı!


