Saatlıda gecə işləyən çayxana aşkarlanıb

Saatlıda gecə işləyən çayxana aşkarlanıb
  10 Noyabr 2021    Oxunub:1304
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

AzVision.az


Teqlər: DİN   Çay-evi  





Xəbər lenti