İrəvanda atışma : Eks-deputat və kriminal avtoritet öldürüldü

  İrəvanda atışma : Eks-deputat və kriminal avtoritet öldürüldü
  11 Noyabr 2021    Oxunub:3331
Ermənistanın paytaxtı İrəvanda noyabrın 11-də gecə saatlarında baş vermiş atışmada kriminal avtoritet Artur Kazaryanla yanaşı, sabiq deputat Artuş Simonyan da qətlə yetirilib.

AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Simonyan 2003-2007-ci illərdə Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputat olub. Ümumilikdə silahlı davada 4 nəfər ölüb.

Qəzet yazır ki, atəş açanlardan birinin eks-deputatın oğlu olması barədə məlumat var. Simonyanın 4 oğlu var - Noro, Vlad, Ovhannes və Akop. Onlardan hansının atışmada iştirak etdiyi hələlik məlum deyil.

Atışmada iştirak edənlərdən biri xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   atışma  



Xəbər lenti