"Rusiya və Çinin liderləri demokratiyaya inanmırlar" - Bayden

 "Rusiya və Çinin liderləri demokratiyaya inanmırlar" -  Bayden
  12 Noyabr 2021    Oxunub:783
"Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenə müasir dünyada demokratiyanın effektinə inanmadığını deyib, amma Amerika demokratiyası uğur qazana bilər". Ağ evin mətbuat xidmətinin məlumatına görə, Co Bayden bunu Demokratlar partiyasının Milli komitəsi üçün vəsaitin toplanması zamanı videomüraciətdə açıqlayıb.
ABŞ prezidenti yalnız Rusiya prezidentinin yox, Çinin sədri Si Cinpinin də belə düşündüyünü bildirib.
- Putin də, Si Cinpin da mənə dedilər ki, onların fikrincə, XXI əsrdə demokratiyalar işləyə bilməz, çünki konsensusa gəlinməsi üçün həddindən çox vaxt tələb olunur; bax buna görə də avtokratiyalar qalib gələcək. Onlar amerika demokratiyasının uğur qazana bilib-bilməycəyi ilə maraqlanırlar. ABŞ-da demokratiya buna qadirdir və bunu etməlidir, ölkənin iqtisadiyyatı isə koronavirus pandemiyasından sonra artıq bərpa olunur”, - Bayden vurğulayıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Bayden   Putin  



Xəbər lenti