Tbilisidə Saakaşviliyə dəstək aksiyaları keçirilir

Tbilisidə Saakaşviliyə dəstək aksiyaları keçirilir
  12 Noyabr 2021    Oxunub:745
Müxalifət partiyaları və onların tərəfdarları hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə Tbilisidə Səhiyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında eyni vaxtda etiraz aksiyası keçirirlər.
AzVision.az xəbər verir ki, Gürcüstan müxalifəti noyabrın 8-də etiraz hərəkatının başladığını elan edib.

Əsas tələblər Saakaşvilinin azad edilməsi, onun mülki klinikaya köçürülməsi və növbədənkənar parlament seçkilərinin elan edilməsidir.

Aksiya başlamazdan əvvəl etirazçılar “Sakaşviliyə azadlıq” plakatları ilə yürüş ediblər.
Hər iki nazirliyin yaxınlığında polis qüvvələri səfərbər edilib.

Müxalifət planlarını açıqlamır, məliumata görə, bu gün axşam keçiriləcək ənənəvi brifinqdə onlar gəlcək addımlarını açıqlayacaqlar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Aksiya  



Xəbər lenti