"Avropada güclü liderlər yoxdur" - Lukaşenko

"Avropada güclü liderlər yoxdur" -    Lukaşenko
  13 Noyabr 2021    Oxunub:747
"Bu gün Avropada güclü liderlər yoxdur, orada bir-birinə qarşı “döyüşlər” var".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “National Defence” jurnalına müsahibəsində deyib.

"Bu gün orada xalq üçün sevinəcək siyasətçi yoxdur. Amma öz ciblərini, yaxşı yaşayışlarnı, rüşvət və s. düşünürlər. Orada söz azadlığı yoxdur. Ona görə də bu gün Avropada güclü lider qalmayıb", - Lukaşenko bildirib.

Əlavə edib ki, onların arasında dava gedir, bir-birlərinə hücumlar edirlər: "Avropada bu gün tarix yazmağa qadir insanlar yoxdur. Avropa yoxsullaşıb”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Aleksandr-Lukaşenko  



Xəbər lenti