Dehlidə məktəblər bağlanıb
AzVision.az xəbər verir ki, buna səbəb havanın həddən artıq çirklənməsidir. Bundan əlavə, dövlət qurumlarının əməkdaşları evdən işləyəcək, tikinti işləri dayandırılacaq.
Beynəlxalq təşkilatların 2020-ci ildəki hesabatına görə dünyanın ən yüksək hava çirklənməsi olan 30 şəhərdən 20-si Hindistandadır. Dehli dünyanın ən çirkli paytaxtı hesab edilir.
“The Lancet” jurnalının məlumatına görə, çirkli hava 2019-cu ildə 1.7 milyon hindistanlının ölümünə səbəb olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


