Rusyada virusdan ölənlərin sayı 256 mini ötüb

Rusyada virusdan ölənlərin sayı 256 mini ötüb
  15 Noyabr 2021    Oxunub:706
Rusiyada son sutka ərzində daha 38 420 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 109 094 nəfərə çatıb.

Ötən gün Rusiyada 1211 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 256 597 nəfərə çatıb. İndiyədək 7 812 557 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   COVİD-19  



Xəbər lenti