Çavuşoğlu Ermənistanın sərhəd təxribatına münasibət bildirib - VİDEO

   Çavuşoğlu Ermənistanın sərhəd təxribatına münasibət bildirib -  VİDEO
  17 Noyabr 2021    Oxunub:2005
"Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını 44 gündə geri aldı. Bununla da qətiyyətini, türkün gücünü göstərmiş oldu".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, can Azərbaycan onda yalnız deyildi, indi də yalnız deyil.

"Şəhidlərə Allah rəhmət eləsin. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Azərbaycan əldə etdiyi Zəfərdən sonra “altılıq” formatda əməkdaşlıq təklif edib, regionda sülh və sabitlik üçün çalışmağa davam edir. Azərbaycan Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Zəfəri qazanan güclü tərəf məğlub tərəfə deyir ki, qalıcı bir sülh razılaşması imzalayaq. Ermənistan isə müharibə bitəndən sonra Azərbaycan torpaqlarına silahlılarını sızdırır, onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir. Bir tərəfdən azərbaycanın əsgərlərinə, qardaşlarımıza terror hücumu edirlər, digər tərəfdən həmin hücumları törədən şəxslərin qaytarılması üçün yalvarırlar. İki yanaşma arasında fərqə baxın".

XİN rəhbəri deyib ki, bölgənin sabitliyi üçün əməkdaşlıq etmək istəyirik: "Biz bunu deyirik, Ermənistan isə təxribat törədir. Ermənistan bununla heç nə əldə edə bilməyəcək".



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mövlud-Çavuşoğlu  



Xəbər lenti