Peskov rusların Əfqanıstandan çıxarılmasından danışıb
Onun sözlərinə görə, evakuasiya olunanlar arasında təkcə Rusiya deyil, bir sıra KTMT və digər ölkələrin vətəndaşları da var: "Əfqanıstanda vəziyyətin narahatlıq doğurduğu nəzərə alınaraq həmin insanlar təxliyyə edilib", - Peskov vurğulayıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Putinin göstərişi ilə Çkalovski aerodromundan 3 təyyarə 380-dən çox insanı Əfqanıstandan təxliyə etmək üçün yola düşüb.
Qeyd edək ki, avqustun 25-26-da 500 nəfərdən çox Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları Əfqanıstandan təxliyə edilib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Əfqanıstan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


