ATƏT sədri Rusiyanın səylərini alqışlayıb

ATƏT sədri Rusiyanın səylərini alqışlayıb
  19 Noyabr 2021    Oxunub:776
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında Rusiyanın səylərini alqışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Linde Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Biz, regional münaqişələrin, o cümlədən Ermənistan- Azərbaycan münaqişənin həllində birlikdə necə işləyə biləcəyimizi müzakirə edəcəyik. Rusiyanın atəşkəs əldə etmək və sülh müqaviləsi bağlamaq səylərini alqışlayırıq”, - ATƏT sədri bildirib.

Xatırladaq ki, ATƏT sədri Moskvada səfərdədir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ATƏT  



Xəbər lenti