Rusiyada bir gündə virusdan 1254 nəfər öldü

Rusiyada bir gündə virusdan 1254 nəfər öldü
  20 Noyabr 2021    Oxunub:802
Rusiyada son sutka ərzində daha 37 120 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 294 188 nəfərə çatıb.

Ötən gün Rusiyada 1 254 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 262 843 nəfərə çatıb. İndiyədək 7 992 426 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  



Xəbər lenti