“iPhone SE 3”ün buraxılış tarixi məlum olub

“iPhone SE 3”ün buraxılış tarixi məlum olub
  02 Dekabr 2021    Oxunub:2790
Apple 3-cü nəsil “iPhone SE”-ni 2022-ci ilin martında təqdim edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb. Son məlumatlara görə, “iPhone SE 3” iki il əvvəlki modellə eyni dizayna sahib olacaq və şirkətin 4,7 düymlük LCD ekranlı yeganə smartfonu olacaq. Yeni telefon iPhone 13 seriyasında təqdim olunan beşinci nəsil şəbəkələr və Apple A15 Bionic çipsetləri dəstəkləyəcək.

Analitiklərin fikrincə, “Apple” 2022-ci ildə təxminən 30 milyon “iPhone SE 3” buraxa bilər ki, bu da şirkətə 5G smartfon bazarında yer qazanmağa kömək edəcək. Bildirilir ki, şirkət gələn il çərçivəsiz iPhone SE-ni istehsal etməyi nəzərdən keçirmir və o, 2024-cü ilə qədər bazara çıxmayacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Telefon  





Xəbər lenti