Azərbaycanı "3+3” formatında ilk iclasda Xələf Xələfov təmsil edəcək

 Azərbaycanı "3+3” formatında ilk iclasda Xələf Xələfov təmsil edəcək
  09 Dekabr 2021    Oxunub:1407
Sabah Moskvada keçiriləcək "altılıq platforması”nın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd olunub ki, iclasda Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: XİN   3+3  



Xəbər lenti